«Zirə» qış fasiləsində ilk transferini reallaşdırıb.

Avrokuboklara iddialı «qartallar» Hamidu Keyta ilə anlaşıb. 27 yaşlı fransalı hücumameylli yarımmüdafiəçidir. O, cari mövsümün geridə qalan hissəsini Portuqaliyada – «Santa Klara»da keçirib. «Oser»in yetirməsi 2014-cü ildə peşəkar futbol karyerasına başlayıb. Adıçəkilən klubun B komandasına yüksələn Keyta daha sonra «Havr»a üz tutub. 2015-ci ildən buradan ayrılıb və «Trellisar»a keçib. Növbəti 2 mövsümdə isə «Sent Etyen»in uğurları üçün tər töküb. 2017-2018-ci illərdə «Şambli»nin yolunu tutub. Ardınca Rumıniyadan dəvət alıb və «Kalaraşi» ilə müqavilə bağlayıb. 2019-2021-ci il aralığında «Botaşani»yə xidmət edib. Ötən ilin yayınla da buranı «Sana Klara»ya dəyişib.